Mobil versiya
Baş nazir şahzadə ilə görüşmək istəyir - Kaşoqi cinayəti
Tarix: 30-11-2018 | Saat: 17:04
Bölmə:Dünya | çapa göndər

Baş nazir şahzadə ilə görüşmək istəyir - Kaşoqi cinayəti


Böyük Britaniyanın baş naziri Tereza Mey Argentinanın paytaxtı Buenos-Ayresdə bu gündən başlayaraq dekabrın 1-dək davam edəcək “G20” (“Böyük iyirmilik”) sammiti çərçivəsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla təkbətək görüş keçirəcək.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Britaniya baş nazirinin mətbuat katibi məlumat yayıb.

Argentinaya yola düşməzdən əvvəl Mey hava limanında jurnalistlərə bildirib ki, Səudiyyənin vəliəhd şahzadəsi ilə jurnalist Camal Kaşoqinin qətlini və Yəməndəki vəziyyəti müzakirə etmək istəyir.

Qeyd edək ki, G20 sammitində iştirak 6 həftə əvvəl səudiyyəli müxalif jurnalist Camal Kaşoqinin Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda amansızcasına qətlinə əmr verdiyi iddia edilən Məhəmməd bin Salmanın bu cinayətdən sonra regiondan kənar ilk səfəridir. Sammit çərçivəsində vəliəhdin Rusiya prezidenti Vladimir Putinlə görüşərək dünya neft bazarındakı vəziyyəti müzakirə edəcəkləri planlaşdırılır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024