Mobil versiya
İrandakı zəlzələdə yaralı sayı 550 nəfərə çatdı - YENİLƏNİB-4
Tarix: 26-11-2018 | Saat: 11:04
Bölmə:Manşet / Dünya | çapa göndər

İrandakı zəlzələdə yaralı sayı 550 nəfərə çatdı - YENİLƏNİB-4



İranda baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 550 nəfərə çatıb.

Moder xəbər verir ki, bu barədə İran telekanalları məlumat yayıb.

Ölkənin Kermanşah vilayətində 20-dən artıq təkrar təkan qeydə alınıb. Bu gün vilayətdə məktəb və universitetlər fəaliyyət göstərməyəcək.

İranın İraqla sərhəddə yerləşən Kermanşah vilayətində 6,4 bal gücündə baş verən zəlzələ qonşu ölkədə də böyük həyəcana səbəb olub. Bəzi sakinlər evlərini tərk ediblər. Təşvişə düşərək yüksəklikdən tullanan 1 nəfər ölüb, daha 45 nəfərin yaralandığı bildirilir.

***

00:26

İranda baş verən 6,3 bal gücündə zəlzələ nəticəsində xəsarət alanların sayı 361 nəfərə çatıb. Modern.az xəbər verir ki, bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.



23:44



İranda təbii fəlakət nəticəsində xəsarət alanların sayı artıb. Modern.az xəbər verir ki, təkcə Kirmanşah vilayətində 114 nəfər xəsarət alıb.



22:28



İran-İraq sərhədində baş verən 6,3 bal gücündə zəlzələ nəticəsində xəsarət alanlar var. Modern.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin ocağı 46 kilometr dərinlikdə yerləşib.



Məlumata əsasən, zəlzələ nəticəsində İranın Kermanşah əyalətində azı 70 nəfər xəsarət alıb. Zəlzələ nəticəsində ölənlərin də olduğu istisna edilmir.



21:23



İranda zəlzələ olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, yeraltı təkanlar İran-İraq sərhədində 6,4 bal gücündə zəlzələ baş verib.



Hadisə nəticəsində təlafat olub-olmaması ilə bağlı hər hansı məlumat verilmir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024