Mobil versiya
Qaşıqçının qardaşı ilə arvadının başını kəsdilər
Tarix: 11-10-2018 | Saat: 19:34
Bölmə:Karusel / Dünya | çapa göndər

Qaşıqçının qardaşı ilə arvadının başını kəsdilər


Səudiyyə Ərəbistanının İstanbul Baş konsulluğuna gedəndən sonra yoxa çıxan səudiyyəli jurnalist Camal Qaşıqçının qardaşı Əhməd Qaşıqçı və həyat yoldaşı Ciddədə qətlə yetirilib. Modern.az xəbər verir ki, bu barədə Beyrutda nəşr olunan “Diyar” qəzeti məlumat yayıb.



Məlumata görə, Camal Qaşıqçının qardaşının evinə gələn maskalı və əli qılıncı şəxslər onu və arvadını doğrayaraq öldürüb. Əhməd Qaşıqçının qonşuları bildiriblər ki, evə gələn naməlum şəxslərin əlində qılınclar olub. Onlar Əhməd və həyat yoldaşının başını qılınca kəsiblər. Onların üç övladı isə qaçaraq qonşuların evinə sığınıb.



Şahidlərin sözlərinə görə, naməlum şəxslər ər və arvadı öldürdükdən sonra cəsədlərini aparıblar. Daha sonra evə polislər gəlib və səhərə qədər araşdırma aparıblar. Polislər evin qapısını dəmir bloklarla bağlayaraq, kimsənin yaxınlaşmasına icazə vermirlər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024