Mobil versiya
Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov barəsində qərar verildi
Tarix: 24-09-2018 | Saat: 11:19
Bölmə:Manşet / Dünya | çapa göndər

Etimad İsmayılovu qətlə yetirən Gözəl Dəmirov barəsində qərar verildi


Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılovu qətlə yetirməkdə təqsirli bilinən Gözəl Dəmirov və sürücüsü barəsində həbs qətimkan tədbiri seçilib.


Modern.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıblar.


Xatırladaq ki, sentyabrın 19-da Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, azərbaycanlı iş adamı Etimad İsmayılov Türkiyənin İstanbul şəhərindəki ofisində qətlə yetirilib. Onu qətlə yetirən şəxs də azərbaycanlıdır. Gözəl Dəmirov adlı sabiq polis rəisi də iş adamıdır və Etimad İsmayılovun şəriki idi.


Qeyd edək ki, Etimad İsmayılov tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşıdır.


2011-ci ildə ailə quran S. Nuriyeva ilə E.İsmayılovun İlyas adlı dörd yaşlı oğulları var.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024