Mobil versiya
“Florens” qasırğasının vurduğu zərər hesablandı
Tarix: 22-09-2018, 16:46 | Saat: 15:47:00
Bölmə:Dünya | çapa göndər

“Florens” qasırğasının vurduğu zərər hesablandı



“Florens” qasırğasının ABŞ-a vurduğu iqtisadi zərər 38 milyard dollardan 50 milyard dollara qədərdir.



“Wall Street Journal” nəşri bu barədə “Moody's Analytics” agentliyinin hesablamalarına əsasən məlumat yayıb. Söhbət daşınmaz əmlaka və nəqliyyat vasitələrinə dəyən zərərdən gedir. Həmçinin yerli müəssisələrin gəlir əldə edə bilməməsi də buraya daxildir. Qasırğadan sonra sığorta kompaniyaları 1,7 milyard dollardan 5 milyard dollara qədər ümumi ödəniş ediblər.



Beləliklə, “Florens” ABŞ tarixində ən dağıdıcı qasırğalar siyahısında yeddinci yeri tutub. Ölkəyə ən çox zərər (133,5 milyard dollar) 2017-ci ilin avqust ayında Texas ştatında tüğyan edən “Harvi” qasırğası nəticəsində dəyib. Onun ardınca isə “Mariya” (120 milyard dollar) və “İrma” (84,2 milyard dollar) qasırğaları gəlir.



Xatırladaq ki, sentyabrın 14-də ABŞ-ın şərq sahilləri “Florens” qasırğasının təsirinə məruz qalıb. Qasırğanın gətirdiyi güclü yağıntılar Virciniya, Şimali və Cənubi Karolina ştatlarının böyük hissəsinin su altında qalması ilə nəticələnib. Son məlumata əsasən, təbii fəlakət nəticəsində 41 nəfər həlak olub.



Virtualaz.org



aia.az



5193 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-11-2019
21-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930