Mobil versiya
İranda hərbi parada silahlı hücum – Ölənlər var - YENİLƏNİB
Tarix: 22-09-2018, 12:04 | Saat: 15:47:00
Bölmə:Manşet / Dünya | çapa göndər

İranda hərbi parada silahlı hücum – Ölənlər var - YENİLƏNİB


İranın Əhvaz şəhərində hərbi parad zamanı baş verən silahlı hücim zamanı 8 hərbçi ölüb, 20 nəfər isə yaralanıb.





Hadisə zamanı 2 terrorçunun məhv edildiyi, 2-sinin isə qaçdığı xəbər verilir. Həmin şəxslərin axtarışı davam edir.



XXX

İranın Xuzistan əyalətinin Əhvaz şəhərində keçirilən hərbi parad zamanı terror hadisəsi baş verib.



Modern.az İran KİV-nə istinadən xəbər verir ki, Müqəddəs Müdafiə Həftəsi üçün keçirilən parad zamanı iki terrorçu paradı izləyən insanlara qarşı silahla atəş açıb.



Atəşin parad üçün qurulmuş səhnənin arxasından açıldığı bildirilir. Hadisə nəticəsində xəsarət alanların sayı haqda məlumat verilməyib.

Terrorçuların hərbi formada fəaliyyət göstərdikləri məlum olub.



Bəzi məlumatlara görə isə atəş paradın keçirildiyi yerə yaxın parkdan aparılıb.

Terrorçuların hüquq mühafizə orqanları tərəfindən yaralandığı bildirilib. Lakin onların ələ keçirilməsi barədə heç bir məlumat yoxdur.



İlkin ehtimallara görə terroru İslamın təkfirçilər adlı radikal qolunun nümayəndələri törədib.

Xatırladaq ki, təkfirçilər müsəlmanları imansızlıqda ittiham edən radikal bir istiqamətdir.



Qeyd edək ki, şənbə günü İran-İraq müharibəsində qələbə münasibəti ilə İranın müxtəlif yerlərində hərbi paradlar keçirilir.




aia.az



5157 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

23-10-2019
22-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031