Mobil versiya
Türkiyə İdlibə əlavə qüvvələr göndərir
Tarix: 18-09-2018 | Saat: 15:58
Bölmə:Dünya | çapa göndər

Türkiyə İdlibə əlavə qüvvələr göndərir




Türkiyə və Rusiya ilə əldə olunmuş razılıq əsasında Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək.



Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.



“Terrorçu qruplaşmalar oradan gedəcəklər, ağır silahlar yığışdırılacaq, yalnız dinc əhali və az miqdarda yüngül silahlarla mülayim müxalifət qalacaq. Türkiyə və Rusiya bu prosesə birgə nəzarət edəcək. Biz İdlibə əlavə hərbi qüvvə göndərməli olacağıq. Bu üsulla bu bölgə terrorçulardan təmizlənəcək. Biz razılaşma imzalamışıq, heç bir şübhə yoxdur orada hər şey aydın göstərilib” – Çavuşoğlu bildirib.



Onun sözlərinə görə Rusiya Suriyanın hökumət qüvvələrinin əməliyyatlara başlamayacağına dair məsuliyyəti öz üzərinə götürüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə