Mobil versiya
Rusiya ilə Ermənistan arasında yeni problemlər ortaya çıxacaq – Kremlin əsəbləri GƏRİLİR
Tarix: 14-09-2018 | Saat: 10:12
Bölmə:Dünya | çapa göndər

Rusiya ilə Ermənistan arasında yeni problemlər ortaya çıxacaq – Kremlin əsəbləri GƏRİLİR


“Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra da bəzi məsələlərdə öz mövqeyində qalır. Paşinyan rəqiblərinə qarşı başladığı təzyiqin miqyasını genişləndirəcək”.



Modern.az saytının məlumatına görə, bunu Ermənistan mətbuatına müsahibəsində müdafiə və təhlükəsizlik üzrə ekspert Qriqori Trofimçuk bildirib.

O deyib ki, Paşinyan Rusiyanın Emənistanın daxili işlərinə müdaxilə etməsini istəmir.

Analitik hesab edir ki, Paşinyanın səfəri Rusiya ilə Ermənistan arasında olan problemləri azaltmayıb. Qeyd edib ki, əksinə, bundan sonra daha yeni problemlər ortaya çıxacaq.

Politoloq gələcəkdə Rusiyanın Ermənistanın daxili işlərinə hansı formada qarışıb-qarışmayacağı haqda sualı da cavablandırıb.



Onun sözlərinə Moskva Ermənistanın daxilindəki bütün siyasi proseslərlə maraqlanır, lakin bu, müdaxilə deyil.

“Bunu müdaxilə adlandırmaq olmaz, çünki Rusiya üçün Ermənistan yad ölkə deyil. Əgər Ermənistanda vəziyyət uçurumun dibinə gedəcəksə, bu, yalnız Avrasiya İttifaqının yox, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının da digər üzvlərinə də təsir edəcək”-deyə Q.Trofimçuk bildirib.



O, Ermənistanın eks-prezidenti Robert Koçaryanın hakimiyyətə gəlmək üçün çalışmasının mənfi nəticələrə gətirib çıxaracağını proqnozlaşdırıb...



“Robert Koçaryan yüksək dövlət postuna gəlməyə qərar verəcəksə, bu, ölkədə stabilliyi pozacaq. Moskva sadəcə olaraq Koçaryana isti münasibət bəsləyir. Moskva Paşinyanın isə öz postundan ayrılmasına qarşı çıxmaz.



Qeyd edək ki, Paşinyanın siyasi gedişləri Kremldə qəzəb doğurur. Əgər ortaya yeni problemlər ortaya çıxacaqsa, o zaman Moskvanın əsəbləri tarıma çəkiləcək. Ekspertlər düşünür ki, Moskva bundan sonra Ermənistana daha ciddi təzyiqlərə başlayacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024