"Burada elə məhkumlar var ki..." - Deniz Seki serialdan sonra ilk dəfə
Tarix: 10-12-2015 | Saat: 11:04
Bölmə:Dünya / Aia TV / Karusel | çapa göndər
Həbsdə olan müğənni Deniz Sekinin "Eşkiya dünyaya hükümdar olmaz" serialında çəkilməsi hələ də güniş müzakirə olunur.
Aia.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçının həbsxanada kamera qarşısına keçməsi bir çoxları üçün maraqlı layihə kimi görünsə də, tənqidlər də olmadı. Bəzi media orqanları Denize bu imtiyazın verilməsini digər məhkumların hüquqlarının pozulması kimi qələmə verib. Eləcə də D.Sekiyə hər zaman dəstək olan həmkarı Gülben Ergenin həyat yoldaşı Erhan Çelik də sosial şəbəkədə bunu tənqid etmişdi. O, "bu, həbsxanaya kiçik əşya aparmaq üçün icazə alan analara hörmətsizlikdir" demişdi.
13 aydır məhkum həyatı yaşayan ifaçı isə serialın çəkilişləri bitdikdən sonra təəssüratlarını bölüşüb:
"Bu serialı qəbul etməyimin tək səbəbi məhbusların səsi olmaq istəməyim idi. Burada köməyə möhtac, kimsəsiz, vəziyyəti yaxşı olmayan, görüşünə heç kim gəlməyən o qədər insan var ki... Serialdakı dialoqlarım da onlar haqdadır. Serialın yaradıcı heyətinin çəkiliş üçün icazə ala bilməsinə təəccübləndim. Hər kəsə təşəkkür edirəm. Çünki 2 gün olsa da, özümü azad hiss etdim. Yaradıcı heyət gedəndən sonra kameraya dönəndə yenidən məhkum Deniz oldum".
D.Seki həbsdə yazdığı "Büyümüşsündür" mahnısını da ilk dəfə serialda səsləndirib. Həmin səhnələr növbəti seriyada göstəriləcək:
“Aşkın içinden geçtiysen büyümüşsündür
Rüzgar yönünü değiştirdiysen esmemişsindir, ılıksındır sen
Bu neyin bedeli maalesef yanmadan sönmüyor insan
Keşfe dalıp kendini seyrettiysen sen
Hatıralarınla yüzleşmişsindir
Mutlu olmayı hak ettiysen sabretmişsindir, sabretmişsindir”
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024