Mobil versiya
YAP: Elza Seyidcahan cinayət məsuliyyətinə cəlb edilə bilər
Tarix: 04-11-2015 | Saat: 19:02
Bölmə:Dünya / Aia TV / Karusel | çapa göndər


“Elza Seyidcahanın partiya sıralarından çıxarılması gözləniləndir”.

54 saylı Siyəzən-Şabran Seçki Dairəsindən deputatlığa namizəd olan müğənni-bəstəkar Elza Seyidcahan cinayət məsuliyyətinə cəlb edilə bilər.

Aia.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Elza Seyidcahanın rəqibi Tahir Süleymanovun ona 500 min manat təklif etməsi ilə bağlı iddiası çox ciddi məsələdir:

“Bu, çox ciddi bir ittihamdır. Tahir Süleymanov bununla bağlı məhkəməyə müraciət edə bilər. Əgər məhkəmədə Elza Seyidcahan bu iddiasını təsdiq edə bilməsə, o, cinayət məsuliyyətinə cəlb oluna bilər”.

Aydın Mirzəzadə əlavə edib ki, Elza Seyidcahanın partiya sıralarından çıxarılması gözləniləndir: “YAP üzvü olan Elza Seyidcahan müstəqil şəkildə öz namizədliyini verib. Partiyanın xəbərdarlığına baxmayaraq o, seçki prosesinə qoşularaq YAP-dan rəsmi namizəd olan Tahir Süleymanova rəqib oldu. Seçki prosesində onun dediklərini seçki təbliğatı kimi qəbul etmək olardı.

Amma onun son dövrlərdəki fikirlərini seçki təbliğatından daha çox partiya əleyhinə çağırışlar kimi qiymətləndirmək olar. Onun heç bir təsdiqini tapmayan fikirlər bildirməsi, özünün qaranlıq qalan siyasi fikirlərini partiya mövqeyindən səsləndirməsi yolverilməz bir məsələdir. Əlbəttə ki, bu, partiyada ciddi müzakirə olunub bir tədbir görüləcək. Elza Seyidcahan ya öz fikirlərindən imtina etməli, ya da partiyanın siyasi kursuna və intizamına riayət etməlidir.

Həmçinin onun haqda olacaq ən yüksək cəzalar partiya intizamında nəzərdən keçiriləcək. O cümlədən onun siyasi baxışları partiya ilə düz gəlmədiyinə görə partiya sıralarından çıxarılması da gözlənilir. Onun haqqındakı məsələlər qeydiyyatda olduğu rayon təşkilatında müzakirə olunacaq.

Elza Seyidcahanın son dövrlərdə səsləndirdiyi fikirlər hər dəfəsində daha çox partiyanın siyasi kursuyla düz gəlmir. Onun çağırışları, ittiham xarakterli və böhtan dolu fikirləri YAP üzvü statusu ilə düzgün gəlmir. O baxımdan bu məsələ partiya daxilində müzakirə edilərək ciddi tədbirlər görüləcək”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə