Mobil versiya
Ayxan Tağızadə: Prezident telefonda dedi ki... VİDEO
Tarix: 18-06-2015 | Saat: 19:40
Bölmə:İdman / Seçilənlər-3 / Manşet / Karusel | çapa göndər


“Vətənimizə qızıl medal qazandırmaq çox gözəl hissdir”.

Birinci Avropa Oyunlarında taekvondo üzrə ilk qızıl medal qazanan idmançımız Ayxan Tağızadə hələ də qələbə sevincini yaşayır.

Aia.az
-ın məlumatına görə, təəssüratlarını APA TV ilə bölüşən Ayxan deyir ki, Vətənə qızıl medal gətirdiyi üçün özünü çox xoşbəxt hiss edir:

“Vətənimizə qızıl medal qazandırmaq çox gözəl hissdir. Сənab prezidentin 1/4 finalıma baxması isə daha da qürurverici, sevindiricidir. Bütün döyüşlərimə Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərovun baxması, vitse-prezidenti Niyaməddin müəllimin mənə medal verməsi... Hamıya "sağ olun" deyirəm. Hamısı çox sağ olsun ki, bizə qayğı göstərdilər”.

Oyundan sonra prezident İlham Əliyevlə telefonla danışan Ayxan ölkə başçısından təbrik alıb: “Heç ağlıma gəlməzdi ki. cənab prezident telefonda mənimlə danışsın. Mənim üçün çox sevindirici və qürurverici idi. Mənə dedi ki, sənin döyüşünə baxdım, peşəkar idmançı olduğuna əmin oldum. İnşallah, səni Rioda görəcəyəm. Dedi ki, bayrağımızı qaldırdın. Mən də dedim ki, borcumdur”.

Qeyd edək ki, 68 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə çıxan idmançımız Birinci Avropa Oyunlarında taekvondo üzrə millimizə ilk qızıl medalı qazandırıb.
[media=https://youtu.be/S-rYd5i3juA]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024