Mobil versiya
Polis artıq bir baxışla axtarışda olan şəxsləri tapır – Yeni texnologiyadan ilk nəticə
Tarix: 18-11-2026 | Saat: 21:00
Bölmə:Özəl | çapa göndər

Polis artıq bir baxışla axtarışda olan şəxsləri tapır – Yeni texnologiyadan ilk nəticə



Qazaxıstanın Almatı şəhərində polis əməkdaşları üz tanıma sistemi ilə təchiz edilmiş ağıllı eynək vasitəsilə axtarışda olan şəxsi müəyyən edərək saxlayıblar.

Almatı Polis Departamentinin məlumatına görə, hadisə şəhərdə yerləşən məscidlərdən birində baş verib.

Patrul xidməti zamanı polis əməkdaşının istifadə etdiyi xüsusi eynək Şımkent şəhərinin hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilmiş şəxsin üzünü tanıyıb. Məlumatlar yoxlanıldıqdan sonra həmin şəxs saxlanılaraq müvafiq prosessual tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti quruma təhvil verilib.

Yeni texnologiya artırılmış reallıq (AR) və biometrik üz tanıma sistemi əsasında fəaliyyət göstərir. Ağıllı eynək ətrafdakı insanların üz cizgilərini Qazaxıstan Daxili İşlər Nazirliyinin məlumat bazasındakı fotoşəkillərlə müqayisə edir.

Sistem mümkün uyğunluq müəyyən etdikdə nəticə birbaşa polis əməkdaşının eynəyində əks olunur. Beləliklə, məlumatları yoxlamaq üçün əlavə telefon və ya planşetdən istifadə etmək zərurəti azalır.

Polis Departamenti bildirib ki, hazırda Almatıda bu texnologiyaya malik yalnız bir ağıllı eynək mövcuddur və avadanlıq sınaq rejimində istifadə olunur.

Sınaq mərhələsində olmasına baxmayaraq, sistem artıq axtarışda olan şəxsin müəyyənləşdirilməsində istifadə edilib.

Yeni avadanlığın əsasən insanların sıx toplaşdığı məkanlarda patrul xidmətinin imkanlarını genişləndirmək üçün nəzərdə tutulduğu bildirilir.

Qeyd edək ki, 2026-cı ilin sentyabrında Qazaxıstanın paytaxtı Astanada da üz tanıma texnologiyasından istifadə edilərək axtarışda olan üç nəfər müəyyənləşdirilmişdi. Onlardan birinin beynəlxalq axtarışda olduğu açıqlanmışdı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2026