Mobil versiya
Fatih Altaylı qılınc çəkdi: “Ərəblərə gələndə hamı lal olur, Azərbaycana gələndə şahin”
Tarix: 27-09-2026 | Saat: 21:46
Bölmə:Dünya | çapa göndər

Fatih Altaylı qılınc çəkdi: “Ərəblərə gələndə hamı lal olur, Azərbaycana gələndə şahin”


Türkiyəli jurnalist Fatih Altaylı Türkiyə ilə Azərbaycan arasında nifaq salmağa çalışan qüvvələrin olduğunu və bunun üçün Azərbaycan–İsrail münasibətlərindən istifadə edildiyini bildirib.

aia.az xəbər verir ki, Altaylı bu fikirləri sentyabrın 26-da dərc olunan yazısının “Uqanda, BƏƏ və Azərbaycan” hissəsində ifadə edib.

“Hansısa səbəbdən, müəyyən tərəflər Türkiyə ilə Azərbaycanı bir-birinə düşmən etmək üçün əllərindən gələni edirlər. Aydındır ki, onlar “iki dövlət, bir millət” reallığından narahatdırlar.

İstifadə etdikləri məsələ isə İsraildir. Azərbaycan ilə İsrail arasındakı münasibətlər Azərbaycanla Türkiyə arasında nifaq yaratmaq üçün daim gündəmə gətirilir”, – Altaylı yazıb.

Jurnalist BMT Baş Assambleyasında İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı Azərbaycan nümayəndəsinin zalda qalmasının Türkiyə mediasında geniş müzakirəyə çıxarılmasına da toxunub:

“Bu dəfə isə BMT Baş Assambleyasında qatil və soyqırımı törədən Netanyahu çıxış edərkən Azərbaycan nümayəndəsinin zalda olması Türkiyə mediasında geniş şəkildə təqdim edilir, “Hamı etiraz etmək üçün zalı tərk etdi, o isə çıxmadı” deyilir.

Düzdür, çıxmadı. Bəs çıxmayan yalnız o idimi? Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri çıxdılarmı, yoxsa onlar da Netanyahunu sona qədər dinlədilər? Niyə Əmirliklərə söz deyən yoxdur?”

Altaylı daha sonra Uqandanın Türkiyəyə münasibətindən danışıb:

“Bilirsiniz, eşidirsiniz, Uqanda Türkiyəyə qarşı son dərəcə düşmən və təhqiramiz mövqe tutur. Söhbət bir vaxtlar “adamyeyən” İdi Amin Dada ilə məşhurlaşmış həmin ölkədən gedir.

İndi isə başqa bir diktatorun boyunduruğu altındadır və həmin diktatorun Baş Qərargah rəisi olan oğlu Türkiyənin ünvanına ard-arda təhqirlər yağdırır.

Bəs Uqandanın arxasında kim dayanır? Bu çirkli diktaturanı kim dəstəkləyir?

Əlbəttə ki, Birləşmiş Ərəb Əmirlikləri.”

Fatih Altaylı yazısının bu hissəsini belə yekunlaşdırıb:

“Əmirliklərdən söhbət düşəndə hamı lal olur. Azərbaycan deyiləndə isə hamı şahin olur. Görəsən, niyə?”musavat.com




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2026