Mobil versiya
Xəzərdə ölən hərbçilərin sayı artdı - Yenilənib
Tarix: 24-09-2026 | Saat: 20:59
Bölmə:Dünya | çapa göndər

Xəzərdə ölən hərbçilərin sayı artdı - Yenilənib


Bu gün yerli vaxtla saat 11:10 radələrində Qazaxıstanın Xəzər dənizindəki hərbi təlimində 19 hərbçini dalğa aparıb.

“aia.az” xəbər verir ki, bu barədə Qazaxıstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hərbçilərdən 9-u həlak olub, 3-ü xilas edilib, qalan 7-nin axtarışları davam etdirilir.

Belə ki, hərbi-dəniz qüvvələrinin Aktaudan 43 kilometr məsafədə keçirilən təlimləri zamanı hava şəraitinin kəskin pisləşməsi səbəbindən dalğa hərbi qulluqçuları dənizə aparıb. Hərbçilər arasında 15 matros, bir zabit və bir müqavilə ilə xidmət edən hərbi qulluqçunun olduğu bildirilir.

Axtarışlara dərhal dörd hərbi gəmi, Mi-8 vertolyotu, FHN qüvvələri cəlb olunub.

***

Qazaxıstanın Manqistau vilayətində baş vermiş hadisə nəticəsində həlak olan hərbi qulluqçuların sayı 12-yə çatıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-09-2026