Hücumda ölən qızın şəklini göstərdi, ABŞ rəsmisi zalı tərk etdi - Video
Tarix: 23-09-2026 | Saat: 20:55
Bölmə:Dünya | çapa göndər

İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının kürsüsünə fevralın 28-də Minab şəhərindəki ibtidai məktəbə endirilən zərbə nəticəsində həlak olan məktəbli qızlardan birinin fotosu ilə çıxıb.
“aia.az” “Reuters”ə istinadla xəbər verir ki, İran liderinin bu addımı zalda böyük rezonansa səbəb olub.
Pezeşkian əlində həmin faciənin qurbanı olan balaca qızın fotosunu nümayiş etdirərək ölkəsinin terrorizmin əsl qurbanı olduğunu dilə gətirib. İran Prezidentinin fotonu nümayiş etdirdiyi və Vaşinqtonu sərt tənqid etdiyi anlarda isə Birləşmiş Ştatlardan olan nümayəndə zalı tərk edib.
Məlumat üçün bildirək ki, bu çıxış ABŞ Prezidenti Donald Trampın eyni tribunanı istifadə edərək İranı “terrorun bir nömrəli sponsoru” adlandırmasından və ölkəni “məhv etmək” hədəsindən bir gün sonraya təsadüf edib.
Xatırladaq ki, bu ilin fevralında Minab şəhərində ibtidai məktəbə edilən hücumda 120-si azyaşlı qız olmaqla, ümumilikdə 168 nəfər həyatını itirmişdi.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-09-2026