Mobil versiya
Bu gün əfv olunan Martin Ryan ölkəsinə qayıdıb
Tarix: 23-09-2026 | Saat: 17:59
Bölmə:Dünya | çapa göndər

Bu gün əfv olunan Martin Ryan ölkəsinə qayıdıb


Bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncamla əfv olunan Fransa vətəndaşı Martin Ryan ölkəsinə qayıdıb.

aia.az” xəbər verir ki, bu barədə məlumatı “AnewZ” telekanalı yayıb.

Bildirilib ki, Fransaya casusluq ittihamı ilə məhkum olunan M.Ryan Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəhbəri Nikola Lernerin müşayiəti ilə ölkəsinə qayıdıb.

“Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəhbəri Nikola Lerner Bakıya gəlib və Fransa vətəndaşı Martin Ryanı Azərbaycandan çıxarkən müşayiət edib. Məlumatlı mənbələrin bildirdiyinə görə, Lerner Bakıya məhz Ryanı müşayiət etmək üçün gəlib. Martin Ryan Azərbaycanı təyyarə ilə tərk edib”, - məlumatda qeyd olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2026