Mobil versiya
Yaponiyada dəhşətli tayfun: Xeyli ölən və yaralanan var
Tarix: 23-09-2026 | Saat: 10:32
Bölmə:Dünya | çapa göndər

Yaponiyada dəhşətli tayfun:

Yaponiyada "Ducuan" tayfunu ciddi fəsadlar törədib. Təbii fəlakət nəticəsində 9 nəfər ölüb, daha dörd nəfər isə itkin düşmüş sayılır.

aia.az xəbər verir ki, bu barədə yerli polisdən məlumat verilib.

Bildirilib ki, ölənlərin böyük qismi şiddətli yağışların yaratdığı torpaq sürüşmələrinin qurbanı olublar. Bir neçə nəfər isə su altında qalan çökək ərazilərdə, öz maşınlarının içərisində boğularaq can veriblər.

Torpaq sürüşmələri 500-dən artıq fərdi evə ağır zərər vurub. Bir neçə bölgədə 25 minə yaxın mənzil işıqsız qalıb. Fəlakət zonasında yüzdən çox su içində qalan və xarab olan nəqliyyat vasitəsi var.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2026