Mobil versiya
Bessent: ABŞ və Çin süni intellekt məsələləri üzrə dialoq aparmaq barədə razılığa gəlib
Tarix: 21-09-2026 | Saat: 07:53
Bölmə:Dünya | çapa göndər

Bessent:


ABŞ və Çin ticarət və süni intellekt məsələləri üzrə uğurlu danışıqlar aparıblar.

aia.az-ın "Reuters"ə istinadən məlumatına görə, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib.

Onun sözlərinə görə, tərəflər süni intellekt sahəsində qarşılıqlı fəaliyyət mexanizminin yaradılmasını müzakirə ediblər. Bu mexanizmin "ABŞ və Çin arasında süni intellekt dialoqu" adlandırılması planlaşdırılır.

Bessent qeyd edib ki, Vaşinqton iki ölkə arasında süni intellektlə bağlı milli təhlükəsizlik məsələlərinə təsir göstərə biləcək mümkün insidentlər və təhdidlər barədə qarşılıqlı məlumatlandırma sisteminin yaradılmasını təklif edib.

Tərəflər, həmçinin bu sahədə məqsədlər və risklər barədə ortaq anlayış formalaşdırmağı planlaşdırırlar.

Nazir əlavə edib ki, danışıqlar tərəflərin yaratdığı Ticarət Şurası çərçivəsində daha əvvəl Pekində başlanmış işi davam etdirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə