Mobil versiya
Minabda qızlar məktəbinə zərbə Sİ hesablamaları əsasında endirilibmiş – Pentaqonun açmadığı şok hesabat
Tarix: 20-09-2026 | Saat: 12:00
Bölmə:Dünya | çapa göndər

Minabda qızlar məktəbinə zərbə Sİ hesablamaları əsasında endirilibmiş – Pentaqonun açmadığı şok hesabat


ABŞ ordusu İranın cənubundakı Minab şəhərindəki qızlar məktəbinə zərbə endirərkən intellektin (Sİ) hədəf seçimindən istifadə edib.

aia.az xəbər verir ki, məlumatı Bloomberg istintaqda iştirak edən mənbələrə istinadən yayıb. Mənbələrin məlumatına görə, zərbəyə görə məsuliyyət daşıyan ABŞ Mərkəzi Komandanlığı Palantir şirkətinin Maven Smart Systems (MSS) sisteminə həddindən artıq etibar edib.

Bloomberg-in mənbələrinə görə, faciədən bir neçə saat sonra Pentaqon rəsmiləri zərbəyə görə ABŞ-ın məsuliyyət daşıdığı qənaətinə gəliblər. Müdafiə Nazirliyinin rəsmiləri hadisənin şərtlərini araşdırarkən zərbənin "bir fəlakətli qərar deyil, bir sıra kiçik qərarlar"ın nəticəsində baş verdiyini müəyyən ediblər. Agentlik qeyd edir ki, ABŞ ordusu faciənin qarşısını almaq üçün bir sıra fürsətlərdən yararlana bilməyib.

Bloomberg vurğulayır ki, Pentaqon bir neçə ay əvvəl hadisə ilə bağlı araşdırmasını demək olar ki, başa çatdırsa da, hesabat hələ də ictimaiyyətə açıqlanmayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2026