Mobil versiya
24 saata 40 hava zərbəsi - Yəməndə qanlı döyüşlər davam edir
Tarix: 17-09-2026 | Saat: 20:17
Bölmə:Dünya | çapa göndər

24 saata 40 hava zərbəsi - Yəməndə qanlı döyüşlər davam edir


Yəmənin hökumət qüvvələri ilə “Ənsar Allah” (husi) hərəkatının döyüşçüləri bir neçə cəbhədə, o cümlədən Bab əl-Məndəb boğazı yaxınlığındakı strateji Kəhbub dağlarında hərbi əməliyyatları davam etdirirlər.

“aia.az” xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, Yəmənin hökumətə bağlı “Vətən Qalxanı” (Homeland Shield) qüvvələri husilərin sözügedən əraziyə sızmaq və genişmiqyaslı hücum həyata keçirmək cəhdinin qarşısını aldıqlarını bəyan ediblər. Hökumət qüvvələri düşmənin hərbi texnikasını sıradan çıxarıb, iki husi döyüşçüsünü əsir götürüb və onlar aid bir PUA-nı vurublar.

Husilərin nəzarətində olan “Al Masirah” telekanalının məlumatına görə isə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmənin Həccə əyalətinin Abs şəhərinə hava zərbələri endirib. Nəticədə 1 nəfər həlak olub, 1 nəfər isə yaralanıb.

Husilər iddia edirlər ki, son 24 saat ərzində Ər-Riyad onların mövqelərinə 40 hava zərbəsi endirib və rabitə qüllələrini hədəf alıb. Cavab olaraq husilər Səudiyyə Ərəbistanının Yanbu limanına və Xamis Muşayt aviabazasına zərbələr endirdiklərini bildiriblər. Hərəkat həmçinin krallığın hərbi hava qüvvələrinə məxsus “F-15” qırıcı təyyarəsini vurduğunu bəyan edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-09-2026