ABŞ Mahmud Abbasa viza vermədi
Tarix: 17-09-2026 | Saat: 09:08
Bölmə:Dünya | çapa göndər

ABŞ Fələstin Prezidenti Mahmud Abbasa gələn həftə Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün viza verməkdən imtina edib.
aia.az-ın AFP-yə istinadən məlumatına görə, bu, Donald Tramp administrasiyasının Fələstin Azadlıq Təşkilatının (FAT) üzvləri və liderlərinə qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində Abbasın ikinci dəfə ABŞ vizasından məhrum edilməsidir.
ABŞ Dövlət Departamenti Fələstin Muxtariyyətini və digər qurumları “islahat aparmamaqda” ittiham edib. Departament Abbasın rəhbərlik etdiyi FAT-ın üzvləri və liderlərinə qarşı sanksiyaların tətbiq olunacağını, viza məhdudiyyətlərinin də uzadılacağını açıqlayıb.
ABŞ administrasiyası ötən il də Abbasın və Fələstin nümayəndə heyətinin BMT Baş Assambleyasının iclasında iştirakına viza verməmişdi. Buna görə Abbasın əvvəlcədən yazılmış videomüraciəti BMT Baş Assambleyasının 80-ci sessiyasında nümayiş etdirilmişdi.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-09-2026
16-09-2026