Mobil versiya
Əraqçi: Sülh üçün Si Cinpinin irəli sürdüyü 4 prinsip əsas götürülür
Tarix: 17-09-2026 | Saat: 07:40
Bölmə:Dünya | çapa göndər

Əraqçi:

İran Xarici İşlər Nazirliyi (XİN) Yaxın Şərqdəki gərginliyin nizamlanması üçün Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinin təklif etdiyi 4 prinsipi əsas götürür.

aia.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Çinə səfəri zamanı bu ölkənin XİN rəhbəri Van İ ilə görüşün yekunlarına dair "X" sosial şəbəkə hesabında yazıb.

"Prezident Si tərəfindən sülh üçün irəli sürülən 4 prinsip əsasdır", - o bildirib.

Qeyd olunub ki, görüşdə razılaşdırılan məsələlər zəncirvari təsirləri ilə regiondakı gələcək strateji tarazlığı müəyyən edəcək:

"Çində tərəfdaşlarımızla uğurlu məsləhətləşmələr apardıq. İran qurduğumuz strateji tərəfdaşlığı yüksək qiymətləndirir".

Xatırladaq ki, Van İ Əraqçi ilə görüşdə İran və ABŞ-ni ən qısa zamanda İslamabad memorandumuna qayıtmağa çağırıb.

Si Cinpin isə Yaxın Şərqdə nizamlanma üçün dörd bəndlik planı aprelin 14-də təklif edib. Si Cinpinin 4 bəndlik sülh təklifində dinc yaşayış prinsipinə sadiqlik, region ölkələrinin münasibətlərini yaxşılaşdırmaq, ortaq, hərtərəfli təhlükəsizlik mühiti yaratmaq, milli suverenliyə hörmət, eləcə də bütün dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı yer alıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-09-2026