Vətəni üçün döyüşdü, nazir oldu, "xəyanət"ə görə həbs edildi - Böyük QALMAQAL
Tarix: 12-09-2026 | Saat: 15:30
Bölmə:Dünya | çapa göndər

Gürcüstanda sabiq baş nazir müavini və keçmiş yüksək vəzifəli məmur Giorgi Baramidze dövlətə xəyanət, konkret olaraq sabotaj ittihamı ilə saxlanılıb.
Onun həbsi 1992-1993-cü illərdə Abxaziyada gedən müharibə ilə bağlı verdiyi açıqlamadan sonra başlanmış cinayət işi ilə əlaqələndirilir.
Gürcüstan Baş Prokurorluğunun məlumatına görə, Baramidze məhkəmə qərarı əsasında saxlanılıb. İttiham sübuta yetirilərsə, onu 4 ilədək həbs cəzası gözləyə bilər.
İşin əsasını Baramidzenin bu ilin yayında verdiyi müsahibədə Abxaziya müharibəsinin ilkin mərhələsi barədə söylədiyi fikirlər təşkil edir. O, həmin dövrdə gürcü tərəfinin əsir götürmədiyini və əsirlərin yerindəcə güllələndiyini bildirmişdi.
Qeyd edək ki, Giorgi Baramidze özü də 1992-1993-cü illər Abxaziya müharibəsinin iştirakçısı olub. Bioqrafik məlumatlara görə, o, müharibə zamanı hərbi xidmət keçib, Oçamçira rayonu və Suxumi istiqamətində döyüş əməliyyatlarında iştirak edib.
Gürcüstan Baş Prokurorluğu isə aparılan istintaqın gürcü silahlı qüvvələri və münaqişənin digər gürcü iştirakçıları tərəfindən əsirlərin güllələnməsi hallarını təsdiqləmədiyini açıqlayıb. İstintaq orqanı Baramidzenin sözlərinin ölkənin beynəlxalq nüfuzuna, müdafiə qüvvələrinin reputasiyasına və dövlət maraqlarına zərər vurduğunu bildirir.
Giorgi Baramidze Mixail Saakaşvili hakimiyyəti dövrünün siyasi simalarından olub. O, 2003-2004-cü illərdə Gürcüstanın daxili işlər naziri, 2004-cü ildə müdafiə naziri vəzifəsində çalışıb, daha sonra Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə dövlət naziri olub. 2006-2012-ci illərdə isə Gürcüstan baş nazirinin müavini vəzifəsini tutub.musavat.com
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-09-2026
11-09-2026