Mobil versiya
İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp
Tarix: 12-09-2026 | Saat: 12:00
Bölmə:Dünya | çapa göndər

İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp


Noyabr ayında keçiriləcək Konqres seçkilərindən dərhal sonra ABŞ İrana qarşı müharibəni başa çatdıracaq.

Bunu ABŞ prezidenti Donald Tramp Fox News-a verdiyi müsahibədə deyib: "Müharibə ara seçkilərdən dərhal sonra başa çatacaq".

O, respublikaçıların məğlub olacağı təqdirdə münaqişəyə daha sərt yanaşmanı istisna etməyib: "Düşünürəm ki, bir çox insan düşünür ki, əgər biz (Respublikaçılar – red.) uduzsaq, mən daha da qəzəblənəcəyəm və sadəcə hər şeyə son qoyacağam. Bu da bir seçimdir. Hər iki halda, onlar (iranlılar – red.) uduzacaqlar".

Daha əvvəl Tramp İranla müharibənin noyabr ayında keçiriləcək Konqres seçkilərindən dərhal sonra, hətta seçkilərdən əvvəl də bitəcəyinə əminliyini ifadə etmişdi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə