Mobil versiya
Özbəkistan əlifbasını dəyişdi
Tarix: 10-09-2026 | Saat: 21:10
Bölmə:Dünya | çapa göndər

Özbəkistan əlifbasını dəyişdi


Özbəkistan Parlamentinin Yuxarı Palatası (Senat) latın qrafikasına əsaslanan özbək əlifbasının quruluşunu dəyişdirən yeni qanun layihəsini qəbul edib.

“aia.az” TASS agentliyinə istinadla xəbər verir ki, senatda səsə qoyulan düzəlişlər ölkədə dil islahatının yeni mərhələsini başladır.

Qanunla “Latın qrafikasına əsaslanan Özbək əlifbasının tətbiqi haqqında” qanuna müvafiq dəyişikliklər edilir. Yeni standarta əsasən, özbək əlifbası 26 hərf və 3 hərf birləşməsi əvəzinə 28 hərf və 1 apostrofdan ibarət olacaq.

Sənəddə keçid dövrünün şərtləri də öz əksini tapıb. Köhnə qrafika ilə tərtib olunmuş rəsmi sənədlər, banknotlar, qiymətli kağızlar, dövlət rəmzləri və mövcud lövhələr yeniləri ilə əvəzlənənədək və ya fiziki olaraq köhnələnədək dövriyyədə qalacaq.

Senat nümayəndələrinin fikrincə, bu qərar özbək dilinin rəqəmsal mühitdə və informasiya texnologiyalarında tətbiqini ciddi şəkildə asanlaşdıracaq. Qanun tezliklə imzalanması üçün Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təqdim olunacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-09-2026