Mobil versiya
Pekində gənələr vasitəsilə yayılan yeni virus növü tapıldı
Tarix: 10-09-2026 | Saat: 09:24
Bölmə:Dünya | çapa göndər

Pekində gənələr vasitəsilə yayılan yeni virus növü tapıldı

Pekindəki Patogenlərin Öyrənilməsi və Bionəzarət üzrə Dövlət Mərkəzi Laboratoriyasının alimləri gənələrin yaydığı yeni “ALTNV” (Asiya uzunbuynuzlu gənə nayrovirusu) ştamını müəyyən ediblər.

aia.az xəbər verir ki, “New England Journal of Medicine” jurnalında yayımlanan tədqiqata əsasən, 47 mindən çox gənənin 2 faizindən azında bu virusun RNT-si tapılıb.

Xəstəlik yüksək hərarət, halsızlıq, qripəbənzər əlamətlər və mədə-bağırsaq pozuntuları ilə müşahidə olunur.

Təkbaşına “ALTNV” infeksiyası həyat üçün birbaşa ölümcül təhlükə yaratmır və xəstələr tam sağalır. Lakin onunla bərabər başqa bir gənə virusuna (DBV) eyni vaxtda yoluxma baş verdikdə xəstəlik daha ağır keçir.

Mütəxəssislər həmçinin xəbərdar edirlər ki, paralel olaraq Nyu-Yorkda qeydə alınan başqa bir gənə infeksiyası — Burbon virusu üçün hələlik xüsusi peyvənd və dəqiq diaqnostika üsulları mövcud deyil.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-09-2026