Mobil versiya
ABŞ-nin ərazilərini “böyütdü” - Foto
Tarix: 07-09-2026 | Saat: 22:05
Bölmə:Dünya | çapa göndər

ABŞ-nin ərazilərini “böyütdü” - Foto


ABŞ Prezidenti Donald Tramp Kanada, Meksika, Kuba, Qrenlandiya, İslandiya və Mərkəzi Amerika ölkələrinin ABŞ ərazisi kimi göstərildiyi xəritənin fotosunu paylaşıb.

“aia.az” xəbər verir ki, Ağ Ev rəhbəri qalmaqallı fotosunu özünə məxsus “Truth Social” sosial şəbəkəsində yayımlayıb.

Sözügedən təsvirdə Şimali və Mərkəzi Amerika, eləcə də Karib hövzəsinin bir sıra dövlətlərinin əraziləri ABŞ bayrağının rənglərinə boyanıb. Tramp bu paylaşıma hər hansı şərh və ya imza əlavə etməyib.

Xatırladaq ki, ABŞ lideri bundan əvvəl də Kanadanın ABŞ-nin tərkibinə daxil olmasının vacibliyini və bunun nə üçün baş verməli olduğunu bəyan etmişdi.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-09-2026