Mobil versiya
Paşinyan Moskvaya gedəcək
Tarix: 07-09-2026 | Saat: 09:39
Bölmə:Karusel / Dünya | çapa göndər

Paşinyan Moskvaya gedəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Moskvaya səfər edəcək.

aia.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

Peskov səfərin dəqiq tarixinin hələ müəyyən edilmədiyini, lakin ilin sonunadək baş tutacağını bildirib: “Səfər yaxın vaxtlarda olacaq. Dəqiq tarix hələ məlum deyil”.

Xatırladaq ki, ötən həftə Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. Görüş zamanı Putin Paşinyanı Ermənistanın Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqına üzvlük məsələsini ətraflı müzakirə etmək üçün Moskvaya dəvət edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə