Mobil versiya
Tramp məqsədinə çatdı – Vaşinqton Venesuela neftinə sahibləndi
Tarix: 31-08-2026 | Saat: 23:32
Bölmə:Dünya | çapa göndər

Tramp məqsədinə çatdı – Vaşinqton Venesuela neftinə sahibləndi


ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton Venesuelanın 65 milyard bareldən çox təsdiqlənmiş neft ehtiyatı üzərində nəzarəti ələ keçirib.

aia.az xarici mediaya istinadla xəbər verir ki, müqavilə Amerika vergi ödəyicilərinə heç bir xərc gətirməyəcək.

ABŞ dövlət katibi Marko Rubio Venesuelanın neft sənayesinə gələcək özəl investisiyaların təxminən 100 milyard dollar olacağını təxmin edib. O, həmçinin yeni iş yerlərinin yaradılacağını da açıqlayıb.

Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez neft yataqlarının işlənməsi üçün özəl birgə müəssisəyə güzəşt verib. Müqavilə 100 il müddətinə bağlanıb.

ABŞ rəsmisinin sözlərinə görə, köçürülən ərazilərdəki ehtiyatlar 60 milyard barel neftdən çoxdur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-08-2026