“Biz satmasaq, heç kim satmayacaq...” - İrandan yeni neft TƏHDİDİ
Tarix: 31-08-2026 | Saat: 22:00
Bölmə:Dünya | çapa göndər

“ABŞ-ın İranın neft ixracını bloklamaq cəhdlərinə qarşı müharibə tənliyi aydındır: ya hamı, ya da heç kim”. Bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf deyib. “Neft sata bilmədiyimiz yerdə başqa heç kim neft sata bilməyəcək. İranın infrastrukturu təhlükəsiz olmadığı müddətdə heç bir infrastruktur təhlükəsiz olmayacaq. Hörmüz boğazının təhlükəsizliyi bölgədə Amerika qüvvələrinin olmamasından asılıdır. Biz dəfələrlə demişik ki, Hörmüz boğazı əvvəlki vəziyyətinə qayıtmayacaq”, - o bildirib.
Bəs İran bunu necə edəcək? Bacaracaqmı?
Bu arada SEPAH ABŞ-nin yeni sanksiyalarına qoşulacaq ölkələri hədələyib. Prezident Məsud Pezeşkian isə əksinə, müsəlman ölkələri ilə, xüsusən qonşularla əlaqələri vaxt itirmədən yaxşılaşdırmağa çağırıb. Hansı xətt üstün gələcək?
İqtisadçı Eldəniz Əmirov hesab edir ki, tərəflərdən dediyi kimi, mütləq yekun olmayacaq. Musavat.com-a şərhində iqtisadçı qeyd edib ki, yekun nəticə yalnız münaqişənin tam bitməsindən sonra mümkün olacaq:
“Çünki nə İran Prezidentinin, nə SEPAH liderlərinin, nə də ABŞ tərəfinin dedikləri hazırkı reallığa uyğun deyil. Tərəflərdən biri tam qələbə əldə edənə qədər vaxtaşırı təzadlı fikirlər, konfliktli mövqelər, eyni zamandan bir-birinə zidd açıqlamalar eşidəcəyik. Bu da birmənalı olaraq neft qiymətlərinin enişinə mane olacaq. Hesab edirəm ki, təchizat zəncisində olan qırılmalar, ixracatın 1/5-i Hörmüz boğazı hesabına ödənməsi, bölgədəki risklər neft bazarına hələ uzun müddət böyük ölçüdə təsir göstərəcək”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-08-2026