Mobil versiya
Almaniya aeroporta dron hücumunda Rusiyanı ittiham edəcək
Tarix: 29-08-2026 | Saat: 19:20
Bölmə:Dünya | çapa göndər

Almaniya aeroporta dron hücumunda Rusiyanı ittiham edəcək


Almaniya hökuməti Leypsiq-Halle hava limanında baş vermiş PUA hücumuna görə Rusiyanı günahlandırmağa hazırlaşır.

“aia.az” xəbər verir ki, bu barədə “Politico” və “Welt am Sonntag” üç hökumət rəsmisinə istinadən məlumat yayıb.

Məlumata görə, kansler Fridrix Merts hökuməti yaxın günlərdə Moskvanı avqustun əvvəlində Leypsiq hava limanında baş verən dron hücumu cəhdinin arxasında olmaqda ittiham etməyi planlaşdırır.

Bununla yanaşı, Berlin Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar paketini elan etməyə hazırlaşır. Paketin həm Almaniyanın birbaşa tədbirlərini, həm də Avropa İttifaqının yeni sanksiyalarını əhatə edəcəyi bildirilir.

Bildirilir ki, qərarlar gələn həftənin əvvəlində, İrlandiyada keçiriləcək Aİ xarici işlər nazirlərinin görüşü zamanı açıqlana bilər. Lakin Mertsin bu açıqlamanı daha əvvəl də verə biləcəyi istisna edilmir.

Qeyd edək ki, avqustun 4-də Leypsiq-Halle hava limanında partlayıcı maddə ilə təchiz edilmiş PUA aşkarlanmışdı. Ərazidə Ukraynaya hərbi təchizat daşıyan “Antonov” yük təyyarələri olub. Daha sonra hadisə ilə əlaqəli olduğu ehtimal edilən üçüncü PUA və partlayıcı maddə də aşkarlanıb.

Moskva isə insidentdə iştirakını rədd edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-08-2026