Mobil versiya
ABŞ Venesuelanın neft yataqlarını əlindən alır – 100 illik müqavilə hazırlanır
Tarix: 28-08-2026 | Saat: 16:00
Bölmə:Dünya | çapa göndər

ABŞ Venesuelanın neft yataqlarını əlindən alır – 100 illik müqavilə hazırlanır


ABŞ Karakasla bəzi Venesuela neft yataqlarının 100 illik icarəsini müzakirə edir.

Bloomberg xəbər verir ki, müqavilənin şərtləri hələlik yekunlaşdırılmayıb və dəyişdirilə bilər. Agentlik hesab edir ki, razılaşma əldə olunarsa, bu, "ABŞ-ın başqa bir ölkənin iqtisadiyyatına faktiki olaraq görünməmiş müdaxiləsi" ola bilər.

Qeyd edək ki, bundan əvvəl Axios ABŞ rəsmilərinə istinadən xəbər vermişdi ki, ABŞ administrasiyası ölkənin bəzi neft və qaz ehtiyatlarının mülkiyyətinin ABŞ-a verilməsi ilə bağlı Venesuela hakimiyyəti ilə razılığa gəlməyə yaxındır.

Nəşr qeyd edirdi ki, bu razılaşma ABŞ-ın neft ehtiyatlarını iki dəfədən çox artıracaq. Məqalədə danışıqların Venesueladakı hasilatı gündə 90 milyon barelə çata biləcək ondan çox neft yatağı ilə bağlı olduğu bildirilirdi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-08-2026