İrəvanda şok həbs dalğası: Moskvadan ilk reaksiya
Tarix: 26-08-2026 | Saat: 16:50
Bölmə:Dünya | çapa göndər

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın saxlanılması və barəsində cinayət işinin qaldırılması xəbərinə münasibət bildirib.
aia.az xəbər verir ki, Kreml rəsmisi jurnalistlərin suallarını cavablandırarkən baş verənlərə ehtiyatlı reaksiya verib.
"Mən Ermənistanın daxili siyasi hadisələrini şərh etmək istəməzdim. Yalnız onu ifadə edə bilərəm ki, baş verən her şeyin qanunvericiliyə uyğun şəkildə həyata keçiriləcəyinə və respublikada bütün hüquqlara riayət olunacağına ümid edirik", – deyə Dmitri Peskov vurğulayıb.
Qeyd edək ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryan və onun oğlu Sedrak Koçaryan ölkənin Anti-Korrupsiya Komitəsi tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və külli miqdarda rüşvətalma ittihamları ilə saxlanılıblar. Ekspertlər Moskvanın bu ehtiyatlı bəyanatını İrəvanla münasibətlərdə növbəti gərginlikdən yayınmaq cəhdi kimi qiymətləndirirlər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-08-2026