Mobil versiya
Moskva və Şam arasında telefon təması: Putinlə Əhməd əş-Şər arasında kritik danışıq
Tarix: 26-08-2026 | Saat: 17:30
Bölmə:Dünya | çapa göndər

Moskva və Şam arasında telefon təması: Putinlə Əhməd əş-Şər arasında kritik danışıq


Rusiya Prezidenti Vladimir Putin ilə Suriyanın Prezidenti Əhməd əş-Şər arasında telefon danışığı baş tutub.

aia.az xəbər verir ki, bu barədə Kreml mətbuat xidməti rəsmi məlumat yayıb.

Telefon söhbəti zamanı iki ölkə lideri Rusiya və Suriya arasında müxtəlif sahələr üzrə ikitərəfli əməkdaşlığın mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini geniş müzakirə ediblər.

Suriya ətrafında yaradılmış hərbi-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparılarkən Vladimir Putin Rusiyanın bu ölkənin birliyinə, ərazi bütövlüyünə və suverenliyinə dəstək verən prinsipial mövqeyini bir daha təsdiqləyib.

Tərəflər regional təhlükəsizliyin təmin olunması və qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi istiqamətində dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-08-2026