Mobil versiya
Ermənistan Türkiyəyə YOL ÇƏKİR
Tarix: 26-08-2026 | Saat: 14:00
Bölmə:Dünya | çapa göndər

Ermənistan Türkiyəyə YOL ÇƏKİR


Ermənistan Gümrü-Qars dəmir yolu xəttinin tikintisi üçün layihələndirmə işlərinin aparılmasına dair beynəlxalq müsabiqə elan edib.

Bu barədə ərazi idarəetmə və infrastrukturlar naziri David Xudatyan məlumat verib.

Onun sözlərinə görə, qalib müəyyənləşdikdən sonra hakimiyyət imkan daxilində ən qısa müddətdə layihələndirməyə, daha sonra isə bilavasitə dəmir yolunun tikintisinə keçməyi planlaşdırır.

Müsabiqənin beynəlxalq elan olunmasına səbəb Ermənistanın layihələndirmə və tikinti şirkətlərinin bu miqyasda layihələrin icrasında təcrübəsinin olmamasıdır.

Gümrü-Qars xəttinin Ermənistan hissəsinin uzunluğu təxminən 21 kilometr təşkil edir. İlkin qiymətləndirmələrə görə, yolun tikintisi üçün təxminən 15 milyon dollar tələb olunacaq.

Aprel ayında Türkiyənin Qars şəhərində Ermənistan və Türkiyənin dəmir yolu əlaqəsinin bərpası və işə salınması üzrə birgə işçi qrupunun görüşü keçirilib. Tərəflər regionda nəqliyyat kommunikasiyalarının genişləndirilməsi çərçivəsində xəttin tezliklə bərpa edilməsinin vacibliyini vurğulayıblar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-08-2026