Rusiyanın taxılı əlində qaldı - qiymətlər çökür, fermerlər çarəsiz durumda
Tarix: 23-08-2026 | Saat: 10:14
Bölmə:Dünya | çapa göndər

Rusiyanın buğda ixracında son 16 ilin ən aşağı göstəricisinin qeydə alınacağı gözlənilir.
aia.az xəbər verir ki, Qara dəniz və Azov dənizi limanlarının fəaliyyətinin məhdudlaşması səbəbindən Rusiya avqust ayında cəmi 2,2 milyon ton buğda ixrac edə bilər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə azdır.
Dron hücumlarından sonra Novorossiysk və Taman istiqamətində yerləşən əsas taxıl terminallarının fəaliyyəti dayanıb. Hazırda yalnız Tuapse limanı işləyir, lakin onun imkanları mövcud ixrac həcmini təmin etmək üçün kifayət etmir.
İxracın zəifləməsi nəticəsində daxili bazarda taxıl ehtiyatları artıb. İyun ayından bəri Rusiyada taxılın daxili qiymətləri artıq 18 faiz ucuzlaşıb. Fermerlər isə məhsullarını maya dəyərindən aşağı qiymətə satmaq məcburiyyətində qalırlar.
Rusiya Taxıl İttifaqı xəbərdarlıq edir ki, mövcud vəziyyət davam edərsə, kənd təsərrüfatı istehsalçılarının növbəti əkin kampaniyasını həyata keçirmək üçün kifayət qədər vəsaiti olmaya bilər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-08-2026
22-08-2026