Mobil versiya
Türkiyə qırıcıları Baltik səmasına qalxdı – Rusiyada “yeni cəbhə” təşvişi
Tarix: 22-08-2026 | Saat: 23:00
Bölmə:Dünya | çapa göndər

Türkiyə qırıcıları Baltik səmasına qalxdı – Rusiyada “yeni cəbhə” təşvişi


Türkiyənin F-16 qırıcılarının Baltik regionunda NATO missiyasına qoşulması Rusiyanın Kremlə yaxın media resurslarında sərt reaksiyaya səbəb olub.

aia.az xəbər verir ki, iki Türkiyə F-16 qırıcısı NATO-nun Baltik hava məkanının patrul missiyası çərçivəsində Latviyanın Lielvarde hərbi bazasına enib.

Təyyarələr Latviyaya Estoniyadakı Əmari aviabazasından gəlib.

Türkiyə hazırda Baltik regionunda NATO-nun hava təhlükəsizliyi missiyasında iştirak edir. Ankara missiyaya beş F-16 və 76 nəfərlik heyət göndərib. Türkiyə kontingentinin avqustdan noyabradək Estoniyada yerləşməsi və sutka ərzində operativ reaksiya növbətçiliyi aparması nəzərdə tutulub.

Lakin Türkiyə qırıcılarının Baltik səmasında görünməsi Rusiyanın Kremlçi media və teleqram kanallarında kəskin ifadələrlə qarşılanıb. Belə resurslardan biri baş verənləri “Türkiyə Rusiyaya qarşı Baltikdə cəbhə açır” sözləri ilə təqdim edib.

Paylaşımda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da hədəfə alınıb, Moskvanın Ankara ilə münasibətlərinə sərt etiraz bildirilib. Kremlçi resurs Türkiyəni Rusiyanın arxasında NATO-nun hərbi mövqelərini gücləndirməkdə ittiham edib.

Həmin paylaşımda rusiyalı turistlərin Türkiyəyə səfərləri də tənqid olunub. Bildirilib ki, rusiyalıların Türkiyədə xərclədikləri pullar dolayı yolla Ankaranın pilotsuz uçuş aparatları, raket və hərbi aviasiya imkanlarının inkişafına xidmət edir.

Rəsmi məlumatlarda isə Türkiyə F-16-larının Latviyaya gəlişi NATO-nun Baltik hava məkanının qorunması missiyasının tərkib hissəsi kimi göstərilir. Latviyanın müdafiə naziri Rayvis Melnis Türkiyə qırıcılarının iştirakının NATO-nun şərq cinahının təhlükəsizliyini və kollektiv müdafiəsini gücləndirdiyini bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-08-2026