Yeni regional əməkdaşlıq modeli qurulmaqdadır - DEPUTAT
Tarix: 22-08-2026 | Saat: 11:40
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə – UzA-ya verdiyi və 21 avqust 2026-cı ildə yayımlanan müsahibə iki qardaş ölkə arasında münasibətlərin bugünkü səviyyəsini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyan mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər. Prezidentin müsahibədə səsləndirdiyi fikirlər Azərbaycan–Özbəkistan əlaqələrinin artıq ənənəvi dostluq və strateji tərəfdaşlıq çərçivəsini aşaraq, müttəfiqlik mərhələsinə daxil olduğunu bir daha təsdiqləyir.
Dövlət başçısı Azərbaycan və Özbəkistan arasındakı münasibətlərin təməlində ortaq tarix, mədəniyyət, dil, mənəvi dəyərlər, həmrəylik və xalqlarımızın əsrlər boyu formalaşdırdığı qarşılıqlı rəğbətin dayandığını xüsusi vurğulayıb. Bu amillər iki dövlət arasında siyasi münasibətlərin möhkəm və davamlı xarakter daşımasının əsas səbəblərindən biridir. Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə şəxsi dostluq, qarşılıqlı hörmət və etimadın da iki ölkə arasındakı qardaşlığın möhkəmləndirilməsində xüsusi rol oynadığını qeyd edib.
Son illərdə Azərbaycan–Özbəkistan münasibətlərinin inkişaf dinamikası həqiqətən də diqqətəlayiqdir. Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, son beş ildə dövlət başçıları səviyyəsində 15 qarşılıqlı səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyinin göstəricisidir. 2024-cü ilin avqustunda Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri, 2025-ci ilin iyulunda isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı imzalanmış mühüm sənədlər münasibətlərin hüquqi-siyasi bazasını daha da möhkəmləndirib. Xüsusilə “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasındakı əlaqələrə yeni məzmun qazandırıb.
Bu prosesin mühüm institusional dayaqlarından biri isə 2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şuradır. Şuranın artıq Daşkənddə və Bakıda iki iclasının keçirilməsi Azərbaycan–Özbəkistan münasibətlərinin təsadüfi və epizodik deyil, uzunmüddətli strateji məqsədlər üzərində qurulduğunu göstərir. Belə bir mexanizm dövlətlər arasında əldə olunan razılaşmaların sistemli şəkildə həyata keçirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Müsahibənin diqqət çəkən əsas istiqamətlərindən biri, şübhəsiz ki, iqtisadi-ticari əməkdaşlıqdır. Prezident İlham Əliyevin açıqladığı rəqəmlər bu sahədə əldə olunan irəliləyişin miqyasını aydın göstərir. 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon ABŞ dollarına çatıb. 2026-cı ilin yanvar–may aylarında isə ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə daha 33 faiz artaraq 144 milyon dollara yüksəlib. Bu göstəricilər iqtisadi münasibətlərdə ciddi artım potensialının olduğunu nümayiş etdirir.
İki ölkənin iqtisadi əlaqələrində qarşılıqlı investisiyaların xüsusi çəkisi də getdikcə artır. Üç il əvvəl 500 milyon ABŞ dolları ümumi kapitalla Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması bu istiqamətdə mühüm addım olub. Şirkət həm Azərbaycanda, həm də Özbəkistanda iqtisadiyyatın müxtəlif sektorlarında perspektiv layihələrin maliyyələşdirilməsinə və həyata keçirilməsinə xidmət edir. Bu, münasibətlərin yalnız ticarət dövriyyəsinin artırılması ilə məhdudlaşmadığını, real investisiya əməkdaşlığına doğru inkişaf etdiyini göstərir.
Energetika sahəsi də Azərbaycan–Özbəkistan əməkdaşlığının mühüm istiqamətlərindən biridir. SOCAR ilə Özbəkistanın müvafiq qurumları arasında həyata keçirilən layihələr iki ölkənin enerji və neft-kimya potensiallarının birləşdirilməsi baxımından əhəmiyyətlidir. “Neftegaztexnologiya” birgə müəssisəsinin fəaliyyəti və SOCAR ilə “Özbəknefteqaz” arasında yaradılmış “Turan Energy AFEZCO”nun fəaliyyəti əməkdaşlığın konkret iqtisadi nəticələrə söykəndiyini göstərir.
Azərbaycan–Özbəkistan münasibətlərinin əhəmiyyəti yalnız ikitərəfli çərçivə ilə məhdudlaşmır. Bu münasibətlər daha geniş Mərkəzi Asiya–Cənubi Qafqaz əməkdaşlığı baxımından da mühüm strateji məna daşıyır. Azərbaycanla Mərkəzi Asiya dövlətlərini birləşdirən tarixi, mədəni və mənəvi bağlarla yanaşı, Xəzər dənizinin yaratdığı nəqliyyat və iqtisadi imkanlar da yeni regional əməkdaşlıq modelinin formalaşmasına şərait yaradır.
Əminə Ağazadə
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-08-2026