Zəfər – milli iradənin, dövlət gücünün və tarixi ədalətin təntənəsi
Tarix: 04-11-2026 | Saat: 12:12
Bölmə:Siyasət | çapa göndər

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının müasir tarixində dövlətçilik iradəsinin, milli birliyin və hərbi qüdrətin təntənəsini ifadə edən müqəddəs tarixdir. Bu Qələbə təsadüfi hadisənin və ya yalnız 44 günlük müharibənin nəticəsi deyildi. Onun arxasında uzun illər ərzində həyata keçirilmiş məqsədyönlü dövlət siyasəti, güclü iqtisadiyyatın formalaşdırılması, ordunun müasirləşdirilməsi, beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi və xalqın sarsılmaz iradəsi dayanırdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, işğal dövründə hər birimiz azadlıq gününü öz işimizlə yaxınlaşdırmalı idik. Azərbaycan məhz bu strateji yanaşma ilə Zəfərə doğru addım-addım irəlilədi.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xətti müstəqil Azərbaycanın güclənməsinin, milli maraqların qorunmasının və gələcək Qələbənin siyasi əsaslarının formalaşmasının təməlini yaratdı. 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri Azərbaycanın iqtisadi və hərbi potensialının artırılması, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və ərazi bütövlüyünün bərpası üçün zəruri imkanların yaradılması idi. Dövlət büdcəsində hərbi xərclərin artırılması, hərbi sənaye kompleksinin inkişafı, müasir silah və texnologiyaların əldə olunması, orduda peşəkarlığın və döyüş hazırlığının yüksəldilməsi bu strategiyanın mühüm tərkib hissələrini təşkil edirdi. Beləliklə, ölkənin iqtisadi gücü milli təhlükəsizliyin və hərbi qüdrətin möhkəmləndirilməsinə yönəldildi.
Uzun illər davam edən danışıqlar prosesinin nəticəsiz qalması, Ermənistanın işğalçılıq siyasətini davam etdirməsi və münaqişənin beynəlxalq vasitəçilik çərçivəsində faktiki olaraq dondurulması Azərbaycanın qarşısında ciddi çağırışlar yaradırdı. Bununla belə, Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilmədi. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlanan Vətən müharibəsi xalqımızın və dövlətimizin tarixi sınağına çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində ardıcıl hərbi əməliyyatlar həyata keçirərək işğal altındakı əraziləri azad etdi. Dövlət başçısının “44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi” fikri həmin mübarizənin mahiyyətini ifadə edir. Hərbçilərimizin qəhrəmanlığı, fədakarlığı və döyüş əzmi, xalqın ordu ətrafında sıx birləşməsi Qələbənin əsas mənəvi dayaqlarından oldu.
2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi ilə müharibənin taleyi həll olundu, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat Ermənistanın kapitulyasiyasını rəsmiləşdirdi. Azərbaycanın hərbi-siyasi Qələbəsi ölkəmizin beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyinin təsdiqi idi. Dekabrın 10-da Bakıda keçirilən Zəfər paradı isə bu tarixi hadisənin dövlət və xalq yaddaşında əbədiləşdirilməsinin mühüm ifadəsinə çevrildi. Zəfər Gününün təsis edilməsi, Zəfər parkı və muzeyinin yaradılması Qələbənin gələcək nəsillərə çatdırılması, Vətən müharibəsinin qəhrəmanlarının xatirəsinin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Lakin Azərbaycanın qarşısında duran vəzifə bununla bitmədi. 2023-cü il sentyabrın 19–20-də keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam təmin edildi. “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması və dövlət sərhədinə nəzarətin təmin olunması suverenliyin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar idi. Beləliklə, Azərbaycan ərazi bütövlüyünün bərpasından sonra dövlət suverenliyinin tam təmin olunması mərhələsinə keçdi. Bu hadisələr ölkənin müstəqil qərarvermə hüququnun, konstitusion quruluşunun və milli təhlükəsizliyinin qorunmasının əhəmiyyətini bir daha nümayiş etdirdi.
Zəfərin yaratdığı yeni reallıqlar Azərbaycanın sülh gündəliyini də müəyyənləşdirdi. Ölkəmiz müharibə deyil, beynəlxalq hüquqa və qarşılıqlı öhdəliklərə əsaslanan ədalətli sülh istəyir. Prezident İlham Əliyevin vurğuladığı kimi, irəli sürülən şərtlər ədalətlidir və beynəlxalq hüquqa əsaslanır. Normallaşma prosesində əldə olunan nəticələr, regional kommunikasiyaların açılması və davamlı sülhün təmin edilməsi Azərbaycanın strateji maraqları baxımından mühüm əhəmiyyət daşıyır. Bu mərhələdə milli birliyin qorunması da xüsusi aktuallıq kəsb edir. Çünki ölkənin beynəlxalq nüfuzu və artan rolu daxildə siyasi həmrəyliyin, ictimai məsuliyyətin və ümummilli maraqlar ətrafında birliyin davamlı olmasını tələb edir.
Zəfərdən sonra Azərbaycanın qarşısında yeni quruculuq mərhələsi açıldı. İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası, yaşayış məntəqələrinin yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı, məşğulluq imkanlarının yaradılması və DOST, ASAN xidmətlərinin həmin ərazilərdə fəaliyyətə başlaması Böyük Qayıdışın mühüm istiqamətləridir. Eyni zamanda, Vətən uğrunda canlarından keçmiş şəhidlərin ailələrinin və sağlamlığını itirmiş qazilərin dövlət qayğısı ilə əhatə olunması sosial siyasətin əsas prioritetlərindən biri olaraq qalır. “YAŞAT” Fondunun fəaliyyəti, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dəstək dövlətin bu məsuliyyətə sadiqliyinin ifadəsidir.
8 Noyabrın tarixi əhəmiyyəti yalnız qazanılmış hərbi Qələbə ilə ölçülmür. Bu tarix Azərbaycan dövlətinin güclənmək, milli maraqlarını qorumaq, suverenliyini təmin etmək və azad edilmiş torpaqlarda yeni həyat qurmaq iradəsini nümayiş etdirir. Zəfər xalqımızın yaddaşında qürur mənbəyi olmaqla yanaşı, gələcək inkişaf üçün məsuliyyət və birlik çağırışıdır. Azərbaycan xalqı bu şanlı tarixlə haqlı olaraq fəxr edir.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-11-2026