Ədliyyə Nazirliyi adından bələdiyyələrə saxta zənglər edilir
Tarix: 04-11-2026 | Saat: 10:58
Bölmə:Gündəm | çapa göndər

Son dövrlərdə özlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin struktur qurumlarının əməkdaşı kimi təqdim edən şəxslərin bələdiyyə üzvlərinə zəng edərək müxtəlif adlar altında ödənişlər tələb etməsi hallarına rast gəlinir.
Bu barədə aia.az-a nazirlikdən məlumat verilib.
"Bildiririk ki, Ədliyyə Nazirliyinin bələdiyyələrlə bağlı fəaliyyəti onların işinin təşkilinə kömək etmək, metodoloji yardım göstərmək və inzibati nəzarəti həyata keçirməkdən ibarətdir.
Bu sahədə fəaliyyətlə bağlı Nazirliyə dövlət rüsumunun və ya hər hansı digər adda vəsaitin ödənilməsi nəzərdə tutulmayıb və bələdiyyələrə belə tələblər irəli sürülmür.
Bələdiyyələrin vəzifəli şəxslərinə diqqətli olmaq, şübhəli zənglərə və mesajlara, eləcə də digər üsulla irəli sürülən bu cür qanunsuz ödəniş tələblərinə inanmamaq tövsiyə olunur".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-11-2026