Aydın Hüseynov: “Zəfərin əsl böyüklüyü azad edilmiş torpaqlarda həyatın yenidən qurulması və gələcəyə inamın gücü ilə ölçülür”
Tarix: 04-11-2026 | Saat: 10:48
Bölmə:Siyasət | çapa göndər

“Azərbaycan xalqının Zəfərə gedən yolu uzun illərin sınaqlarından, ağır məhrumiyyətlərdən və sarsılmaz iradədən keçib. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin düşdü, şəhər və kəndlərimiz dağıdıldı, tarixi-mədəni irsimizə ağır zərbə vuruldu. Lakin xalqımız heç zaman torpaqlarımızın işğalı ilə barışmadı, tarixi ədalətin bərpa olunacağına inamını itirmədi. Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifə ərazi bütövlüyümüzü təmin etmək, məcburi köçkünlərimizin doğma torpaqlarına qayıdışına nail olmaq idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət bu strateji hədəfin gerçəkləşməsi üçün möhkəm zəmin yaratdı. İqtisadiyyatımızın gücləndirilməsi, beynəlxalq əlaqələrimizin genişləndirilməsi, hərbi sənaye kompleksinin formalaşdırılması və müasir ordu quruculuğu vahid məqsədə xidmət edirdi. Azərbaycan bir tərəfdən diplomatik müstəvidə beynəlxalq hüquqa əsaslanan mövqeyini qətiyyətlə müdafiə edir, digər tərəfdən istənilən sınağa hazır olmaq üçün müdafiə qüdrətini artırırdı. Təəssüf ki, uzun illər davam edən danışıqlar işğala son qoymadı, beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar isə lazımi səviyyədə icra olunmadı. Belə bir şəraitdə ölkəmiz öz taleyini başqalarının qərarlarından asılı vəziyyətdə saxlamaq niyyətində olmadığını nümayiş etdirdi. Vətən müharibəsində qazanılan Zəfər məhz bu ardıcıl siyasətin, milli həmrəyliyin və Azərbaycan xalqının azadlıq əzminin məntiqi nəticəsi oldu”.
Bunları aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Millət vəkili fikirlərini davam etdirərək bildirib ki, Vətən müharibəsi Azərbaycanın müasir tarixində xalqın iradəsi ilə dövlətin gücünün vahid məqsəd naminə birləşdiyi möhtəşəm mərhələ kimi yadda qaldı: “Ermənistanın hərbi təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə başlayan əks-hücum əməliyyatı torpaqlarımızın işğaldan azad edilməsinə aparan tarixi yolun həlledici mərhələsi oldu. Azərbaycan əsgəri və zabiti döyüş meydanında yüksək peşəkarlıq, cəsarət və fədakarlıq nümayiş etdirdi. Müasir hərbi texnologiyaların, çevik taktiki qərarların və ordumuzun döyüş təcrübəsinin vəhdəti düşmənin uzun illər yaratdığı müdafiə sistemlərini darmadağın etdi. Bununla yanaşı, qələbənin təmin edilməsində xalq-ordu birliyi, arxa cəbhədə göstərilən dəstək və Prezidentin qətiyyətli mövqeyi mühüm rol oynadı. Dövlət başçısının müharibə dövründə beynəlxalq media qurumlarına verdiyi müsahibələr Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına, ölkəmizə qarşı aparılan informasiya kampaniyalarının qarşısının alınmasına əhəmiyyətli töhfə verdi. Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək də qardaşlığımızın sarsılmazlığını nümayiş etdirdi. Şuşanın azad edilməsi ilə Zəfərimiz həlledici mərhələyə çatdı, üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırıldı və işğal altında qalmış digər rayonlarımızın qaytarılması təmin olundu. Sonrakı mərhələdə həyata keçirilən antiterror əməliyyatı nəticəsində dövlət suverenliyimiz tam bərpa edildi. Beləliklə, Azərbaycan yalnız hərbi qələbə qazanmadı, həm də beynəlxalq hüquqa əsaslanan haqqını öz gücü ilə təmin edən qüdrətli dövlət olduğunu təsdiqlədi. Bu Zəfər xalqımızın iradəsinin, ordumuzun qəhrəmanlığının və dövlət rəhbərliyinin strateji uzaqgörənliyinin ümumi nəticəsidir”.
Sonda Parlament üzvü bunu da qeyd edib ki, Zəfərin əsl böyüklüyü yalnız azad edilmiş torpaqlarla deyil, həmin ərazilərdə həyatın yenidən qurulması, insanların doğma yurdlarına qayıtması və gələcəyə inamın möhkəmlənməsi ilə ölçülür: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, müasir yollar, yaşayış məntəqələri, məktəblər, xəstəxanalar, sosial və iqtisadi infrastruktur yaradılır. Böyük Qayıdış proqramı keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli yaşayışının təmin edilməsinə, bölgədə davamlı məskunlaşmanın formalaşmasına xidmət edir. Bu prosesin mühüm istiqamətlərindən biri sakinlərin məşğulluğunun təmin olunması, kiçik sahibkarlığın inkişafı və sosial xidmətlərin əlçatanlığının artırılmasıdır. Eyni zamanda, Zəfər Gününün təsis edilməsi, Zəfər parkının yaradılması, memorial kompleks və muzey layihələri, qəhrəman hərbçilərimizin orden və medallarla təltif olunması tarixi yaddaşımızın qorunmasına xidmət edir. Şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısı isə Vətən uğrunda fədakarlığın daim yüksək qiymətləndirildiyini göstərir. Bu, sadəcə sosial siyasət deyil, həm də milli mənəvi borcun yerinə yetirilməsidir. Azərbaycan xalqı öz qəhrəmanlarının xidmətlərini unutmur, onların xatirəsini gələcək nəsillərə ötürür. Zəfər Gününün əsas məzmunu da məhz budur: müstəqilliyimizi qorumaq, suverenliyimizi möhkəmləndirmək, azad edilmiş torpaqları inkişaf etdirmək və ölkəmizin gələcəyini sülh, sabitlik və tərəqqi üzərində qurmaq. Bu gün Azərbaycan öz gücünə arxalanaraq yeni inkişaf mərhələsinə qədəm qoyub. Əminliklə demək olar ki, milli birlik, güclü dövlətçilik və xalqımızın Vətən sevgisi bundan sonra da ölkəmizin uğurlarının əsas dayağı olacaq” – deyə, Aydın Hüseynov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-11-2026