İşğaldan zəfərə, zəfərdən quruculuğa
Tarix: 04-11-2026 | Saat: 12:13
Bölmə:Siyasət | çapa göndər

Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Şuşa Şəhəri Günü kimi təsis edilib. Həmin Sərəncama əsasən, hər il 8 noyabr ölkə səviyyəsində Şuşa Şəhəri Günü kimi qeyd olunur.Şuşa şəhərinin əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub. Şəhər XVIII-XIX əsrlərdə Qarabağ xanlığının paytaxtı, sonrakı dövrdə isə Cənubi Qafqazın mühüm siyasi, iqtisadi və mədəni mərkəzlərindən biri olub.8 may 1992-ci il tarixində Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal dövründə şəhərdəki tarixi, mədəni və dini abidələrə ciddi ziyan dəyib, əhali məcburi köçkünə çevrilib.27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi 44 gün davam edib. 8 noyabr 2020-ci ildə Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad edib. Şuşanın azad edilməsi müharibənin gedişində həlledici mərhələ olub və 10 noyabr 2020-ci ildə üçtərəfli Bəyanatın imzalanması ilə nəticələnib.Müharibədən sonrakı dövrdə Şuşada bərpa və quruculuq işləri dövlət proqramları çərçivəsində həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. 2022-ci il Azərbaycan Respublikasında "Şuşa İli" elan olunub.Hazırda şəhərdə Şuşa qalasının, Yuxarı Gövhər Ağa məscidinin, Molla Pənah Vaqifin məqbərəsinin, Xurşidbanu Natəvanın evinin və digər tarixi abidələrin bərpası həyata keçirilib. Şəhərin Baş planına uyğun olaraq yaşayış, yol, kommunikasiya və sosial infrastrukturun bərpası davam etdirilir. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində keçmiş məcburi köçkünlərin Şuşaya qayıdışı mərhələli şəkildə təmin olunur.Şuşa Şəhəri Günü Şuşanın tarixi əhəmiyyətinin, onun azad olunması uğrunda göstərilmiş qəhrəmanlığın və hazırda həyata keçirilən quruculuq işlərinin dövlət səviyyəsində qiymətləndirilməsinin ifadəsidir
Şuşa şəhəri XVIII əsrin ortalarında Qarabağ xanı Pənahəli xan tərəfindən salınmış və qısa müddət ərzində regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir. Şəhərin strateji yerləşməsi – dağlıq ərazidə, sıldırım qayalar üzərində salınması onun müdafiə baxımından əhəmiyyətini artırmışdır.Tarix boyu Şuşa Azərbaycan mədəniyyətinin ən görkəmli simalarını yetişdirmişdir. “Qafqazın konservatoriyası” adlandırılan bu şəhərdən Üzeyir Hacıbəyli, Bülbül, Seyid Şuşinski, Xurşidbanu Natəvan kimi sənətkarlar çıxmışdır. Şuşa həm də Qarabağ xanlığının siyasi paytaxtı olmaqla yanaşı, milli kimliyimizin simvoluna çevrilmişdi.XX əsrin sonlarında Ermənistanın təcavüzü nəticəsində 1992-ci il mayın 8-də şəhər işğal olundu. Bu hadisə Azərbaycan xalqı üçün böyük faciə idi. Şuşanın itirilməsi təkcə strateji bir şəhərin deyil, həm də mədəniyyətimizin incisinin itirilməsi demək idi. Lakin xalqımız heç vaxt bu itkini qəbul etmədi və 30 il ərzində azadlıq arzusu ilə yaşadı.
8 Noyabr – Şuşa şəhəri günü həm qələbənin, həm mədəni dirçəlişin, həm də milli birliyin rəmzidir. Hər bir azərbaycanlı üçün bu gün qürur, sevinc və minnətdarlıq günüdür.
Lalə İskəndərova,
YAP Qusar rayon təşkilatının məsləhətçisi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-11-2026