Mobil versiya
Fermerlərə şad xəbər: Dəstək artırılır
Tarix: 04-11-2026 | Saat: 11:04
Bölmə:Parlament | çapa göndər

Fermerlərə şad xəbər:

Gələn il kənd təsərrüfatı tədbirləri üçün ayrılacaq vəsaitin həcmi açıqlanıb.

aia.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, 2027-ci ilin dövlət büdcəsindən kənd təsərrüfatı, mənzil və kommunal təsərrüfatı və ətraf mühitin mühafizəsi xərclərinə cəmi 2153.3 milyon manat məbləğində vəsait ayrılacaqdır ki, bu da 2020-ci illə müqayisədə 176,5 milyon manat və ya 8.9 faiz, 2025-ci ilin icrası ilə müqayisədə isə 335,8 milyon manat və ya 18,5 faiz çoxdur.

Məqsədli olaraq kənd təsərrüfatı tədbirləri üçün 800,9 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2026-cı illə müqayisədə 247.4 milyon manat və ya 44,7 faiz, baytarlıq tədbirləri üçün 53.3 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2026-cı illə müqayisədə 8,4 milyon manat və ya 18,6 faiz çox vəsait proqnozlaşdırılıb.

Azərbaycanda ərzaq təhlükəsizliyi tədbirləri üçün 522,6 milyon manat vəsait proqnozlaşdırılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-11-2026