Mobil versiya
Türkiyədə deputat bıçaqlandı - Anbaan görüntülər
Tarix: 18-08-2026 | Saat: 22:32
Bölmə:Dünya | çapa göndər

Türkiyədə deputat bıçaqlandı - Anbaan görüntülər


Qaziantepdə millət vəkilinə qarşı bıçaqlı hücum baş verib.

“aia.az” “TRT Haber”ə istinadla xəbər verir ki, “Yeni Parti” Partiyasının Qaziantepdən olan deputatı Melih Meriç hücuma məruz qalıb.

Hadisəni CHP-nin Oğuzeli rayon təşkilatının keçmiş sədri Seydi Ahmet Keleşin törətdiyi bildirilir. Yaralanan deputat dərhal Qaziantep Şəhər Xəstəxanasına çatdırılaraq əməliyyata alınıb. Onun həyati təhlükəsinin olduğu bildirilir.

Qeyd edək ki, hadisə anı ətrafdakı təhlükəsizlik kameralarına da düşüb. Görüntülərdə M. Meriç ilə S.A.K. arasında yaşanan gərginlik və əlbəyaxa dava əks olunub. Bildirilib ki, deputat günorta saatlarında şəxsi mühafizəçisinə icazə verdiyi üçün hadisə anında yanında heç kim olmayıb.

Hazırda hadisəni törədib qaçan şübhəlinin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirilir.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-08-2026