Mobil versiya
Axtarışa verilən 3 rusiyalı ilə bağlı Moskvadan - İlk açıqlama
Tarix: 18-08-2026 | Saat: 23:46
Bölmə:Dünya | çapa göndər

Axtarışa verilən 3 rusiyalı ilə bağlı Moskvadan - İlk açıqlama


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan Baş Prokurorluğu tərəfindən axtarışa verilən rusiyalı jurnalistlərin bəyanatları ilə bağlı rəsmi reaksiya verib.

“aia.az” xəbər verir ki, Zaxarova həmin şəxslərin çıxışlarının Rusiyanın Bakıya qarşı rəsmi mövqeyini əks etdirmədiyini bildirib.

Diplomat qeyd edib ki, sözügedən şəxslərin rəylərinin Moskvanın dövlət xətti ilə heç bir əlaqəsi yoxdur:

“Biz hesab edirik ki, Rusiya-Azərbaycan əlaqələri mövcud ikitərəfli müqavilə-hüquq bazası, ilk növbədə, 2022-ci il fevralın 22-də Moskvada ali səviyyədə imzalanmış Qarşılıqlı Müttəfiqlik Fəaliyyəti haqqında Bəyannamə əsasında inkişaf etməlidir”.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan Baş Prokurorluğu Rusiyanın üç vətəndaşını – İvan Knyazev, Semyon Uralov və Aleksey Çadayevi terrorizmə açıq çağırışlar, Konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün pozulması maddələri üzrə beynəlxalq axtarışa verib.

Sözügedən hadisələrdən sonra Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və Rusiya informasiya məkanında səslənən son açıqlamalarla bağlı narahatlıq və sərt etiraz diqqətə çatdırılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-08-2026