Mobil versiya
Dənizdə alovlu 48 saat: Əbu-Dabi neft nəhənginin gəmiləri dalbadal vurulur
Tarix: 15-08-2026 | Saat: 13:00
Bölmə:Dünya | çapa göndər

Dənizdə alovlu 48 saat: Əbu-Dabi neft nəhənginin gəmiləri dalbadal vurulur


Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi Milli Neft Şirkətinə (ADNOC) məxsus gəmi Hörmüz boğazından keçərkən növbəti hücuma məruz qalıb.

aia.az xəbər verir ki, WAM agentliyinin yaydığı məlumata görə, avqustun 14-ü cümə axşamı baş verən insident zamanı xəsarət alan olmayıb və vəziyyət qısa müddətdə nəzarətə götürülüb.

Hücuma məruz qalan gəminin növü, zərbənin xarakteri və dəymiş ziyanın miqyası barədə hələlik ətraflı məlumat verilmir.

Qeyd edək ki, bu, son iki gün ərzində Hörmüz boğazında ADNOC şirkətinə məxsus gəmilərə qarşı həyata keçirilən artıq üçüncü hücumdur.

Avqustun 13-də axşam saatlarında şirkətin daha iki neft tankeri analoji hücuma məruz qalmışdı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-08-2026