ABŞ-də 5 nəfər öldürüldü - Şübhəlinin də meyiti tapıldı
Tarix: 15-08-2026 | Saat: 08:52
Bölmə:Dünya | çapa göndər

ABŞ-nin Miçiqan ştatında baş verən atışma nəticəsində 5 nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.
“aia.az” “Reuters”ə istinadən xəbər verir ki, hadisədə şübhəli bilinən 39 yaşlı Çad Hikman da polis tərəfindən ölü vəziyyətdə aşkarlanıb.
Miçiqan Dövlət Polisinin məlumatına görə, hadisə cümə günü ştatın şimalındakı Missaukee dairəsində baş verib.
Polis atışma barədə məlumat daxil olduqdan sonra saat 11:40 radələrində ərazidəki evə əməkdaşlar göndərib. Hadisə yerində 3 nəfərin öldüyü, bir nəfərin isə yaralandığı müəyyənləşdirilib.
Polisin məlumatına görə, şübhəli şəxs əməkdaşlar hadisə yerinə çatmamış ərazidən qaçıb. Bunun ardınca genişmiqyaslı axtarış əməliyyatına başlanılıb.
Axtarış zamanı müstəntiqlər başqa bir yaşayış yerində daha bir şəxsin meyitini aşkarlayıblar.
Daha sonra polis Hikmanın avtomobilini Uitlok gölü yaxınlığındakı meşəlik ərazinin kənarında tapıb. Ərazidə Hikmanın və daha bir şəxsin meyitləri aşkarlanıb.
Polis şübhəlinin ölümünün hansı şəraitdə baş verdiyini açıqlamayıb.
Polis həlak olan şəxslərin adlarını, yaşlarını və cinslərini açıqlamayıb. Bildirilib ki, onların yaxınlarına məlumat verilməsi prosesi davam edir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-08-2026