Qarabağdan gedən ermənilərlə bağlı yeni rəqəmlər: 40 mindən çoxu Ermənistan vətəndaşlığı aldı
Tarix: 14-08-2026 | Saat: 22:11
Bölmə:Dünya | çapa göndər

2023-cü ilin sentyabrında Qarabağdan Ermənistana köçən ermənilərin sonrakı vəziyyəti ilə bağlı yeni statistika açıqlanıb. Məlum olub ki, onların əhəmiyyətli hissəsi artıq Ermənistan vətəndaşlığı əldə edib.
Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin rəhbəri vəzifəsini icra edən Nelli Davtyanın məlumatına görə, indiyədək Qarabağdan gedən 40 302 nəfərə Ermənistan vətəndaşlığı verilib.
Vətəndaşlıq alanların 27 948 nəfərini yetkin şəxslər, 12 354 nəfərini isə azyaşlılar təşkil edir. Prosesin son aylarda da davam etdiyi bildirilir. Belə ki, təkcə son altı ay ərzində 8 676 nəfər Ermənistan vətəndaşlığı əldə edib.
Bununla yanaşı, Qarabağdan Ermənistana köçdükdən sonra bu ölkədən üçüncü dövlətlərə gedənlərin də olduğu bildirilir. Lakin Ermənistan rəsmiləri həmin şəxslərin dəqiq sayı barədə konkret statistika təqdim etməyiblər.
Daha əvvəl səsləndirilən ekspert qiymətləndirmələrində Qarabağdan getdikdən sonra Ermənistanı da tərk edənlərin sayının ən azı 10 min nəfər olduğu iddia edilmişdi. Rəsmi məlumat olmadığı üçün bu rəqəmin hazırkı vəziyyəti nə dərəcədə əks etdirdiyini müəyyənləşdirmək mümkün deyil.
Açıqlanan son statistika göstərir ki, Qarabağdan Ermənistana gedən şəxslərin bir hissəsinin hüquqi statusunun rəsmiləşdirilməsi davam edir. Digər tərəfdən, onların nə qədərinin Ermənistanda daimi yaşamağa davam etdiyi və nə qədərinin başqa ölkələrə köçdüyü ilə bağlı tam mənzərə hələ də açıqlanmayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər