Göyçədə Sarkisyandan Ohanyana kimi-Azərbaycan sədlərini, Paşinyan isə villalarını dağıtdı
Tarix: 12-08-2026 | Saat: 23:25
Bölmə:Dünya | çapa göndər

Ermənistanda Göyçə gölünün sahilində qanunsuz tikililərin sökülməsi və dövlət ərazilərinin geri qaytarılması istiqamətində tədbirlər davam etdirilir.
aia.az xəbər verir ki, Ermənistanın baş prokuroru Anna Vardapetyan Geğarkunik vilayətinin prokuroru Qagik Ayvazyanın müşayiəti ilə Göyçə gölündə müəyyən edilmiş mütləq yüksəklik həddindən aşağıda yerləşən, sökülmüş bina və qurğuların ərazilərinə baxış keçirib.
Baş prokuror çimərlik mövsümü başa çatdıqdan sonra qanunsuz tikililərin sökülməsi işlərinin bərpa olunması barədə tapşırıq verib. Eyni zamanda, sahilboyu ərazilərdə qanunsuz inşa edilmiş bir sıra malikanələrin dövlətə qaytarılması üçün məhkəmələrə təqdim olunan iddialar üzrə işlərin davam etdirilməsi tələb olunub.
Prokurorluğa Göyçə sahilindəki digər qanunsuz tikililərlə bağlı da yeni iddiaların hazırlanması tapşırılıb. Söküntülərdən sonra boşaldılan ərazilərin ictimai istifadəyə verilməsi, o cümlədən burada ictimai çimərliklərin yaradılması imkanları da müzakirə olunur.
Göyçə gölünün sahilləri uzun illər Ermənistanın keçmiş yüksək vəzifəli şəxslərinin və onların yaxınlarının villalarının, bağ evlərinin və istirahət obyektlərinin yerləşdiyi ərazilərdən biri olub. Xüsusilə Robert Köçəryan və Serj Sarkisyanın prezidentlikləri dövründə sahilboyu ərazilərdə məmurlar və onlara yaxın şəxslərlə əlaqələndirilən çoxsaylı obyektlər salınıb.
Nikol Paşinyanın hakimiyyəti dövründə isə Göyçə sahilində qanunsuz hesab edilən tikililərə qarşı geniş söküntü prosesinə başlanılıb. Keçmiş yüksək vəzifəli şəxslər və onların yaxınları ilə əlaqələndirilən müxtəlif tikililər də bu prosesin əhatəsinə düşüb.
Onların arasında keçmiş müdafiə naziri Seyran Ohanyanla əlaqələndirilən istirahət məkanı da var. Göyçə sahilində keçmiş hakimiyyət nümayəndələrinə aid və ya onlarla əlaqələndirilən villalar və digər tikililər üzrə söküntü və hüquqi prosedurlar həyata keçirilib.
Baş Prokurorluğun son göstərişləri göstərir ki, proses bununla yekunlaşmır. Sahildə qalan qanunsuz tikililərin müəyyənləşdirilməsi, onların sökülməsi və zəbt edilmiş dövlət ərazilərinin geri qaytarılması istiqamətində tədbirlər davam etdiriləcək.
Azad edilən sahələrin isə ayrı-ayrı məmurların istirahət zonasından çıxarılaraq ictimai istifadəyə, o cümlədən ümumi çimərliklərin yaradılmasına yönəldilməsi nəzərdə tutulur.musavat.com
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-08-2026