İrəvanda “Azərbaycan Konstitusiyası” qarşıdurması- Ermənistanın ana qanunu uğrunda yeni "savaş"
Tarix: 12-08-2026 | Saat: 21:58
Bölmə:Dünya | çapa göndər

Ermənistanda yeni Konstitusiyanın qəbulu ətrafında siyasi qarşıdurma daha da kəskinləşib.
aia.az xəbər verir ki, müxalifət bunun Azərbaycan tərəfinin tələbi olduğunu bildirir, hakimiyyət isə yeni Konstitusiya ideyasının daha əvvəl gündəmdə olduğunu deyir.
“Ermənistan” blokunun deputatı Kristine Vardanyan parlamentin bugünkü iclasında hakim “Mülki Müqavilə” partiyasının yeni Konstitusiya ilə bağlı mövqeyini sərt tənqid edib.
Vardanyan bildirib: “Bir nümunə ilə göstərmək istəyirəm ki, Ermənistanda yeni Konstitusiyanın olması yalnız Azərbaycan tərəfinin tələbidir və bu, Azərbaycanın istədiyi Konstitusiyadır. İndi ‘Mülki Müqavilə’ üzvləri deyirlər ki, bu məsələ həmişə bizim gündəliyimizdə olub. Bu, yalandır. Onlar heç vaxt yeni Konstitusiyadan danışmayıblar, daim konstitusiya islahatlarından danışıblar”.
Deputat parlament zalında mövqeyini əsaslandırmaq üçün 2021 və 2024-cü illərə aid iki açıqlamanı müqayisə edib. Daha sonra hakim partiya üzvlərinə müraciətlə onların Azərbaycan tərəfinin mövqeyindən əvvəl yeni Konstitusiyanın qəbulundan danışdıqlarını sübut edə bilməyəcəklərini söyləyib.
Lakin Ermənistanın “Faktların yoxlanılması platforması” (FIP) Vardanyanın iddiasını araşdıraraq onun həqiqətə uyğun olmadığını bildirib. Araşdırmaya görə, Nikol Paşinyan yeni Konstitusiyanın qəbulundan hələ 2020-ci ildə, yəni Vardanyanın istinad etdiyi Azərbaycan tərəfinin 2021-ci il bəyanatından əvvəl açıq şəkildə danışıb.
Belə ki, Paşinyan 20 fevral 2020-ci ildə Ermənistan İctimai Televiziyasına müsahibəsində gələcəkdə yeni Konstitusiyanın qəbulunun gündəmə gələ biləcəyini istisna etməyib. O, siyasi komandasında bununla bağlı müzakirələrin artıq başladığını da açıqlayıb:
“Bizdə elə müzakirələr gedir ki, onlar belə bir nəticəyə gətirib çıxara bilər: bu referendumdan sonra gündəmdə Konstitusiyaya dəyişikliklər deyil, yeni Konstitusiyanın qəbulu məsələsi ola bilər. Özü də faktiki olaraq bunlar konstitusiya dəyişiklikləri olacaq, hüquqi baxımdan isə yeni Konstitusiya”.
Paşinyan 15 iyun 2020-ci ildə Konstitusiya İslahatları üzrə İxtisaslaşmış Komissiyanın iclasında da mövqeyini daha açıq şəkildə ifadə edib. O bildirib ki, təkcə konstitusiya dəyişiklikləri həyata keçirilməməli, həm də “de-yure yeni Konstitusiya qəbul edilməlidir”.
Baş nazir həmin mövqeyini 5 iyul 2020-ci ildə Ermənistanın Konstitusiya Günü münasibətilə yayımladığı təbrik müraciətində də təsdiqləyib.
Paşinyan qeyd edib ki, əvvəllər Konstitusiyanın tez-tez dəyişdirilməsinin dövlət sistemini lazımsız gərginliyə məruz qoyduğunu və qeyri-müəyyənlik yaratdığını düşünsə də, sonradan ölkənin yeni Konstitusiyaya ehtiyacı olduğu qənaətinə gəlib.
Onun sözlərinə görə, yeni Konstitusiya Ermənistanda vətəndaşların iradəsinə əsaslanan və onların iradəsindən qaynaqlanan dövlət quruluşunu təsbit etməlidir.musavat.com
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-08-2026